Sağlamlıq imkanları məhdud şəxslərin tələbələrlə görüşü olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təhsil müəssisələrində gənclərlə sosial maarifləndirmə işinin təşkili istiqamətində tədbirlərin icrasını davam etdirir. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, istedadı ilə fərqlənən sağlamlıq imkanları məhdud şəxslər – Nail Hacıyev və Xanım Qurbanovanın Tibb Kollecində təhsil alan tələbələrlə görüşü keçirilib.

Bu münasibətlə keçirilən tədbirdə kollecin direktoru Sona Məmmədova muxtar respublikada təhsil müəssisələrinin fəaliyyəti üçün yaradılan şəraitdən, tələbələrin iştirakı ilə keçirilən sosial tədbirlərin əhəmiyyətindən danışıb. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə sağlamlıq imkanları məhdud şəxslərin yaradıcılıq əzminin stimullaşdırılması istiqamətində görülən işlərdən danışıb, görüşün məzmununa dair iştirakçılara məlumat verib.

Sağlamlıq imkanları məhdud Nail Hacıyev və Xanım Qurbanova uğur hekayələrini gənclərlə bölüşüblər. Motivasiya əhəmiyyətli görüş zamanı slaydlardan istifadə olunub, tələbələrin fərdi inkişaf və müvafiq kateqoriyadan olan şəxslərlə sosial münasibətlərinə dair sualları cavablandırılıb.

 

 

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: