2022-ci il noyabrın 7-si iş günü ilə noyabrın 5-i istirahət gününün yerləri dəyişdirilib.
Elm və Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla əlaqədar təhsil müəssisələrində iş günləri aşağıdakı kimi tənzimlənir:
1. Beş günlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş günü, noyabrın 6-dan 9-dək isə qeyri-iş günləri hesab edilir.
2. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində noyabrın 5-i iş gününə (istirahət gününə deyil) təsadüf etdiyindən, növbəti həftənin bazar ertəsi–noyabrın 7-si iş günü, noyabrın 8-9-u isə qeyri-iş günləri hesab edilir. Beləliklə, altı günlük iş rejimlərində noyabrın 5-i və 7-si iş günləridir.