Təhsil krediti alan tələbələrin sayı 10 mini keçib

A- A A+

2022-2023-cü tədris ilinin payız semestri üzrə təhsil tələbə krediti üçün müraciətlərin qəbulu prosesi davam edir. Təhsil krediti almaq istəyən tələbələr www.e-ttkf.edu.az üzərindən elektron müraciət edə bilərlər.

Elm və Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, cari semestr üzrə bu günədək 3312 tələbə kredit almaq hüququ əldə edib.

Onlardan 1168-i sosial, 1796-sı isə standart növ təhsil kreditidir. Bununla da, ümumilikdə 10127 tələbəyə kredit verilib.

Qeyd edək ki, təhsil tələbə krediti verilən zaman girov və ya zaminlik tələb olunmur. Təhsil tələbə krediti uzunmüddətlidir və təhsil müddətində, güzəşt və möhlət dövründə tələbədən kreditin qaytarılması tələb edilməməklə yanaşı, faizlər də hesablanmır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: