“Naxçıvan” Universitetində Zəfər Günü qeyd edilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində 8 Noyabr - Zəfər Günü münasibətilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.     

“Naxçıvan” Universitetinin rektoru Nurlana Əliyeva tədbir iştirakçılarını Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü münasibətilə təbrik edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə ötən il sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsi şanlı qələbə ilə sona çatıb. Hərbi əməliyyatlar çərçivəsində Azərbaycan ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini, güclü müdafiə və istehkam xətlərini darmadağın edərək böyük zəfərə imza atıb.

Əldə olunan bu qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji tərəflərini qeyd edən rektor tarixi zəfərimizdə milli-mənəvi dəyərlərin rolunu da xüsusi vurğulayıb.

Sonra tədbir bədii hissə ilə davam edib. Tələbələrin ifasında vətənpərvərlik mahnıları və şeirlər səsləndirilib.

Yekunda universitetdə Zəfər Günü ilə bağlı həftə ərzində keçirilən idman yarışlarının qalibləri mükafatlandırılıb.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: