NDU-da Dövlət Bayrağı Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilən tədbir keçirilib.

Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Rektor vurğulayıb ki, Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda dalğalanıb. Qürur mənbəyimiz olan bu bayraq respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində dalğalanır, mühüm beynəlxalq tədbirlərdə, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.

“Üçrəngli bayrağımız müstəqilliyimizin simvoludur” mövzusunda çıxış edən universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri, dosent Şamxal Məmmədov Azərbaycan Respublikasının bayrağı, gerbi və himninin qürur ünvanımız, dövlətin müstəqilliyini təcəssüm etdirən rəmzlər kimi gənclərə hörmət və ehtiram mənbəyi kimi təbliğ olunduğunu diqqətə çatdırıb.

Sonra universitetin Tələbə teatr studiyası “Vətən göylərinin sönməz işığı” adlı tamaşa-kompozisiya təqdim edib.

Sonda 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan film nümayiş etdirilib.

Nəzrin Ələsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: