Baş konsul tələbələrlə görüşüb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda diplomatik fəaliyyət müddəti başa çatan Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz “Naxçıvan” Universitetinin tələbələri ilə görüşüb.
Görüşdə çıxış edən Universitetin rektoru Nurlana Əliyeva Türkiyədə törədilmiş terror aktı nəticəsində həlak olanlarla əlaqədar başsağlığı verib, baş konsula bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb.
Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Mehmet Emin Kiraz tarixən Azərbaycan və Türkiyə dövlətlərinin çiyin-çiyinə mübarizəsindən, qardaş ölkələrin birlik və bərabərlik siyasətindən danışıb. Mehmet Emin Kiraz iqtisadi, ticarət, nəqliyyat və dövlət səviyyəli digər əməkdaşlıqların qazandırdığı nailiyyətlərin hər iki ölkə üçün faydalı olduğunu diqqətə çatdırıb.
Baş konsul tələbələri maraqlandıran sualları cavablandırıb.
Rektor məhsuldar əməkdaşlığa görə minnətdarlığını bildirərək, universitet tələbələrinin hazırladığı rəsm əsərini baş konsul Mehmet Emin Kiraza təqdim edib.
Baş konsul “Türk şəhid diplomatlar”la bağlı iki cildlik nəşri və “Atatürk və Türkiyənin xarici siyasəti” adlı kitabı universitet kitabxanasına hədiyyə edib.
Sevgili Mustafazadə