ABŞ alimlərinin hazırladığı neyron şəbəkə ciddi xəstəlikləri proqnozlaşdırır

A- A A+

ABŞ-ın Miçiqan Universitetinin alimlərinin hazırladığı neyron şəbəkə DNT-yə görə insanların boyunu dəqiqliklə proqnozlaşdırır və potensial riskli ciddi xəstəlikləri (ürək xəstəlikləri, xərçəng) qiymətləndirir.

NUHÇIXAN naukatv.ru saytına istinadla xəbər verir ki, kompüter alqoritmi ilk dəfə boy, sümüklərin sıxlığı və insanın nail ola biləcəyi təhsil səviyyəsi kimi keyfiyyətləri proqnozlaşdırmağa çalışır. Bunların müəyyənləşdirilməsi üçün neyroşəbəkə yalnız genoma əsaslanır. Böyük Britaniyanın “UK Biobank” DNT bazasının – səhiyyə haqqında beynəlxalq informasiya resursunun məlumatlarından istifadə edən alqoritm 500 min nəfərin DNT-ni analiz edərək insanlar arasında fərqli cəhətləri aşkarlayıb və onların xüsusiyyətlərini müqayisə edib. Sınaqlar zamanı kompüter hər insanın boyunu 1 sm dəqiqliklə proqnozlaşdırıb.

Mütəxəssislərin fikrincə, indi bu üsulu ciddi xəstəliklərlə əlaqədar digər mürəkkəb əlamətlərin proqnozlaşdırılıması üçün tətbiq etmək olar. Bu, həkimlərə mümkün qədər tez profilaktika aparmağa, potensial xəstəliyin qarşısını almağa və ya ləngitməyə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: