“Nəzəri mexanika” adlı dərsliyin təqdimatı olub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin müəllimi Abdulla Həsənovun “Nəzəri mexanika” dərsliyinin təqdimatı keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ali təhsil müəssisəsinin elmi kitabxanasında keçirilən tədbirdə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, müəllim heyətinin müəllifi olduğu kitabların nəşr olunması müsbət haldır və gələcəkdə tələbələr istənilən məlumatı bu kitablar vasitəsilə daha asan şəkildə əldə edə bilərlər.

Sonra ümumi riyaziyyat kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru Rövşən Həsənov kitabın strukturu haqqında məlumat verib. Bildirib ki, “Giriş”, “Statika”, “Kinematika”, “Nöqtə dinamikası”, “Mexaniki sistem və bərk cisim dinamikası” adlı 5 fəsildən ibarət olan dərslikdən tələbələr gələcəkdəki elmi fəaliyətlərində də istifadə edə bilərlər.

Dərsliyin elmi redaktorlarından olan universitetin professoru, riyaziyyat üzrə elmlər doktoru Cavanşir Zeynalov dərslik haqqında ümumi məlumat verib, müəllifə gələcəkdəki elmi fəaliyyətində uğurlar arzulayıb.

Sonda kitabın müəllifi təqdim olunan dərsliyin Naxçıvan Dövlət Universitetinin Fizika və riyaziyyat, Memarlıq və mühəndislik fakültələrində uzun illər tədris olunan mühazirələr əsasında, dövlət standartlarına uyğun fənn proqramı üzrə, müasir tələblərə cavab verəcək səviyyədə hazırlandığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Dərsliyin klassik mexanikanın əsaslarını öyrənən ali məktəblərin müvafiq ixtisaslı tələbələri və müəllimləri üçün də əhəmiyyətli olacağını deyib.

Suat Əhmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: