Naxçıvan Dövlət Universitetində beynəlxalq simpozium keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Müasir dövrdə media etikası və hüquq” mövzusunda  keçirilən  beynəlxalq simpozium ali təhsil ocağının, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev simpoziumun əhəmiyyətindən bəhs edib, plenar iclasın işinə uğurlar arzulayıb.

Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru İman Cəfərov “Molla Nəsrəddin” jurnalında jurnalist etikası məsələləri ilə bağlı çıxış edib.

“Beynəlxalq media sistemində diffamasiya anlayışı”ndan bəhs edən Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva bildirib ki, KİV-də diffamasiya hüquq pozuntusudur və mediaya qarşı şikayətlərin, məh­kəmə iddia­larının əksəriyyəti məhz belə hallarla əla­qədardır. Həmçinin diqqətə çatdırılıb ki, media etikası - jurnalist peşəkarlığının əsas prinsipi olmalıdır, jurnalist peşəsinə sadiq olmalı, təqdim etdiyi faktlar təhrif edilməməlidir. Jurnalistlərin qarşılıqlı etik davranış qaydalarına riayət etməsinin vacibliyi vurğulanıb.

Simpoziuma onlayn qatılan Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin professoru Nazira Taşpulatova “Özbəkistanın milli jurnalistikasının qanunvericilik sistemi”ndən  bəhs edib. 

Naxçıvan Dövlət Universitetinin məzunları, Türkiyənin Atılım Universitetinin dosenti, ictimaiyyətlə əlaqələr və reklamçılıq bölməsinin rəhbəri İlqar Seyidov, Türkiyə Respublikasının Milli Media Qrupunun Xarici siyasət departamentinin redaktoru, siyasi analitik olan digər jurnalistika məzunu Kazım Kazımov da simpoziuma onlayn qoşularaq “Rəqəmsal etikada nəzəri müzakirə: problemlər və təkliflər”, “Qloballaşma və mediada etika” mövzuları ilə bağlı çıxış ediblər.

Plenar iclasın sonunda simpoziumda çıxış edənlərə iştiraketmə vərəqəsi təqdim edilib. Onlayn olaraq simpoziuma qatılanlar isə elektron iştiraketmə vəsiqəsi əldə ediblər.

Ənənəvi və onlayn bölmədə 25 çıxışla yekunlaşan simpoziumda Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, AMEA Naxçıvan Bölməsinin, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, İstanbul Universiteti, Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetindən professor-müəllim heyətinin çıxışları dinlənilib.

Səadət Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: