Naxçıvanda STEAM təhsil metodu üzrə təkmilləşdirmə təlimlərinə start verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi nəzərə alınaraq növbəti təlimlərə start verilib.

Bu günədək 400-ə yaxın müəllim belə təlimlərdə iştirak edib. Bu sahədə görülən işlərin davamı olaraq 17-18 noyabr tarixlərində Ağbulaq İstirahət Mərkəzində təşkil olunan yeni təlimlərə də 54 müəllim cəlb olunub. Ümumilikdə bu günədək STEAM təhsil metodu ilə bağlı Ağbulaqda təşkil olunan təlimlərdən 150 müəllim və 150 şagird yararlanıb

Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri tərəfindən keçirilən təlimdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, TinkerCad proqramında modelləşdirmə, micro:bit və aurdino texnologiyası, kodlaşdırmanın aparılması, 3D modelləşdirmə, 3D printerin iş prinsipi, scratch kodlama bloku, robot təhsil dəstlərinin idarə olunması və lego EV3 modelindən istifadə bacarıqları öyrədilib.

Həmçinin təlim müddətində müəllimlərin yiyələndikləri bacarıqlar və öyrəndikləri yenilikləri müzakirə etmələri üçün diskussiyalar da təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: