“STEAM təhsilində mikrobit modulu kodlaşdırma” mövzusunda interaktiv dərs keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki,  muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı Heydər Əliyev adına tam orta məktəbin STEAM Tədris Mərkəzində növbəti interaktiv dərs təşkil olunub. Təhsil Nazirliyinin təlimçisi Mirhəsən Tahirov tərəfindən keçirilən dərsdə şagirdlərə Makecode interfeysi ilə proqramlaşdırmada kod bloklarından istifadə haqqında məlumat verilib. Onlara müxtəlif layihələrin kodlaşdırılması və ekranda simulyasiya vasitəsilə elektron qurğular üzərində işləməyin yolları izah edilib.

İnteraktiv dərs muxtar respublikanın STEAM təhsil metodu tətbiq edilən 112 təhsil müəssisəsində izlənilib.

Qeyd edək ki, STEAM təhsil metodu şagirdlərdə şəxsiyyətyönümlü inkişafın aşılanmasına xidmət edir, onlarda şəxsiyyətin formalaşmasının bir hissəsi kimi tədqiqatçılıq, səbirlilik, nizamlılıq, uzaqgörənlik, əməkdaşlıq hissini inkişaf etdirir. Bu metoddan istifadə zamanı müxtəlif elmi sahələrin vəhdətini təşkil edən biliklər əldə etməklə yanaşı, həm də praktik bacarıq və vərdişlərə yiyələnirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: