"Sabahın tədqiqatçıları-2023" layihəsi çərçivəsində şagirdlər alimlərlə birlikdə 39 layihə üzrə tədqiqatlar aparacaqlar - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2023” layihəsinə start verilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə  bildirilib ki, bu münasibətlə şagirdlərlə keçirilən  görüşdə təhsil naziri Rəhman Məmmədov bildirib ki, ümumtəhsil məktəblərində müasir laboratoriyaların, STEAM kabinələrinin, elektron lövhəli siniflərin və kompüter otaqlarının yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan verib.

AMEA Naxçıvan Bölməsi ilə Təhsil Nazirliyi arasındakı sıx əlaqələrdən də danışan nazir qeyd edib ki, AMEA Naxçıvan Bölməsindən birbaşa ümumtəhsil məktəbləri üçün interaktiv dərslər keçirilir, elmi dərəcəli əməkdaşlar məktəblərdə ayda bir dəfə nümunəvi dərs tədris edirlər. “Sabahın tədqiqatçıları” layihəsi isə bu istiqamətlərdə görülən işlərin davamıdır.

“2020-2021-ci tədris ilində Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi İnci Nəsirovanın layihəsi “Müasir gənclərin elmi diskussiyası: aktual suallar, nailiyyətlər və yeniliklər” XI Beynəlxalq elmi-praktik konfransında müzakirə edilərək 1-ci yerə layiq görülüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülən İnci Nəsirovanın adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitab”ına yazılıb.

Bakı şəhərində keçirilən “Sabahın alimləri” X Respublika Müsabiqəsində iştirak edən Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin X sinif şagirdi Zümrüd Babazadənin təqdim etdiyi layihə isə 3-cü yerə layiq görülüb. 

“Sabahın tədqiqatçıları-2022” layihəsinin iştirakçıları eyni zamanda “Sabahın alimləri” XI Respublika Müsabiqəsində də iştirak edərək beynəlxalq təşkilatların diplom və sertifikatlarına layiq görülüblər.

Bundan əlavə, beynəlxalq müsabiqələrdə 30 layihə I, 6 layihə II, 8 layihə isə III yerə layiq görülüb.

“Sabahın tədqiqatçıları” layihəsinin uğurlu tətbiqi üçün bu il də Naxçıvan şəhərində yerləşən ümumtəhsil məktəblərinin 60 şagirdinin 5 istiqamət - Azərbaycan dili, tarix, fizika, kimya və biologiya üzrə tədqiqat aparacağını deyən nazir layihə iştirakçılarına uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Sədri Akademik İsmayıl Hacıyev qeyd edib ki, tədqiqat aparılan layihələrin 50-dən çoxu beynəlxalq və respublika səviyyəli konfrans, tədbir və mətbuat orqanlarında işıqlandırılıb, 30-dan artıq alimin rəhbərlik etdiyi layihələr müxtəlif müsabiqələrdə medal, diplom, sertifikat və fəxri fərmanlara layiq görülüb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Sabahın tədqiqatçıları” layihəsinin reallaşdırılmasında Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi alimlərinin rolu”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova “Sabahın tədqiqatçıları” layihəsinin əhəmiyyəti və layihənin uğurları, Naxçıvan Qızlar Liseyinin X sinif şagirdi Surə Ələkbərova “Sabahın tədqiqatçıları” layihəsində iştirakçıların uğurları” ilə bağlı çıxış ediblər.

Sonra “Sabahın tədqiqatçıları” layihəsinin 2021-2022-ci tədris ilində əldə etdiyi uğurlara baxış keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: