Akademiyada “Şuşa ili” ilə bağlı konfrans keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində “Şuşa ili”nə həsr olunmuş “44 günlük müharibənin zirvəsi - Şuşa” mövzusunda elmi konfrans keçirilib.

Konfransda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan olunması Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyətə malikdir. Sərəncama uyğun olaraq muxtar respublikada da “Şuşa ili” ilə əlaqədar müxtəlif tədbirlər və elmi konfranslar təşkil olunur.

Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev bildirib ki, sarsılmaz Türkiyə-Azərbaycan qardaşlığı dünənin, bu günün dostluğu deyil, bu dostluq dərin köklərə malikdir. 44 günlük Vətən müharibəsində də bunun bir daha əyani şahidi olduq.

Həmin institutun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov Şuşada iştirak etdiyi Vaqif Poeziya Günləri ilə bağlı xatirələrini paylaşıb, Şuşanın tarixi-mədəni irsinə qarşı erməni vandalizminin canlı şahidi olduğunu vurğulayıb.

Şuşa ədəbi mühiti barədə danışan institutun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayıl qeyd edib ki, Şuşa əbəs yerə Azərbaycanın mədəniyyət beşiyi adlandırılmır. Bu torpağın yetirdiyi ölməz şəxsiyyətlər təkcə Azərbaycanda deyil, dünyada da məşhurdur. Bu baxımdan Şuşanı nəinki Azərbaycanın, ümumilikdə bütün türk dünyasının mədəniyyət paytaxtı hesab etmək olar.

Leyla Cəfərzadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: