Məktəblilər arasında müsabiqə keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə məktəblilər arasında STEAM üzrə “3D bacarıqlar-Mexatronika” müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bir mərhələdə təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-XI sinifləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib.

STEAM təhsilinin muxtar respublikada tətbiqi ilə bağlı görülən işlər haqqında məlumat verən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, bu günədək 112 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb. Həmin kabinələr zəruri avadanlıqlarla, eyni zamanda kompüter, 3D printer və elektron lövhə, microbit, arduino setləri, STEAM üçün öyrədici elektron komponentlərlə təmin edilib, dərsliklər və tədris proqramları nəşr edilib, 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunub.

Müsabiqədə muxtar respublikanın ümumtəhsil müəssisələrindən “3D bacarıqlar-Mexatronika” üzrə 50 komanda iştirak edib, 100 şagirdin 100-dən artıq layihəsi nümayiş olunub.

Yarışın yekun nəticələrinə əsasən “3D bacarıqlar-Mexatronika” müsabiqəsində Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey I, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan şəhər 14 nömrəli tam orta məktəb II, Hərbi Lisey, Sədərək rayon 2 nömrəli, Kəngərli rayon Çalxanqala, Ordubad rayon Əndəmic və Babək rayon Cəhri qəsəbə 2 nömrəli tam orta məktəblər isə III yerə layiq görülüb.

Sonda qaliblər sertifikat və medallarla mükafatlandırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: