“Heydər Əliyev ili” ilə əlaqədar AMEA Naxçıvan Bölməsində Tədbirlər Planı hazırlanıb

A- A A+

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin iclası olub. Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2022-ci il tarixli Sərəncamından irəli gələn vəzifələr, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının qarşısına qoyulan vəzifələr barədə məlumat verib.

Qeyd edib ki, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamının icrası məqsədilə AMEA Naxçıvan Bölməsində 8 maddədən ibarət Tədbirlər Planı hazırlanıb, konfrans və tədbirlərin keçirilməsi, elmi nəşrlərin hazırlanması və başqa fəaliyyətlər nəzərdə tutulub.

İsmayıl Hacıyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əhatə etdiyi məsələləri də iclas iştirakçılarının nəzərinə çatdırıb, Qarabağda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərindən danışıb.

İclasda həmçinin qarşıda duran vəzifələr, 2022-ci ildə aparılmış elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatların keçirilməsinə hazırlığın vəziyyəti və gündəlikdəki digər məsələlər də müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: