Kimya-Biologiya Təmayüllü Liseyin şagirdləri profilaktik müayinələrə cəlb edilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin müvafiq iş planına əsasən ümumtəhsil məktəblərində profilaktik müayinələr davam etdirilir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, növbəti tibbi müayinələr Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin şagirdləri arasında aparılıb.

Noyabrın 1-dən start verilən tibbi müayinələrin məqsədi müvafiq xəstəliklərin erkən diaqnostikası və onun qarşısının alınmasından ibarətdir. Bu məqsədlə qrafikə uyğun olaraq Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarındakı ümumtəhsil məktəblərində müayinələr aparılır. Mərkəzi Uşaq Xəstəxanasının apardığı tibbi müayinələr başlandığı gündən indiyədək 13 minə yaxın yeniyetmə yoxlanılıb.

Bu gün isə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyinin yuxarı sinif şagirdləri profilaktik müayinələrə cəlb olunub. Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasının əməkdaşları yeniyetmələri tibbi müayinələrdən keçiriblər.

Qeyd edək ki, ildə 2 dəfə aparılan profilaktik müayinə zamanı gizli xəstəliklər vaxtında aşkar olunur, ehtiyac yarandıqda yeniyetmələr ətraflı müayinə üçün stasionara cəlb edilirlər. Tibbi müayinələr dekabrın sonunadək muxtar respublikanın bütün ümumtəhsil məktəblərində davam etdiriləcək.

Sevda Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: