Naxçıvan Dövlət Universitetində beynəlxalq konfrans keçirilib - FOTOLAR

A- A A+

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfrans “İnnovativ Stomatologiyada müalicə Protokolları” mövzusunda keçirilib.

Əvvəlcə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Konfransda NDU-nun rektoru Elbrus İsayev ali təhsil müəssisəsində bu cür beynəlxalq konfransların keçirilməsi, müxtəlif dərnək və qurumlarla görüşlərin təşkil olunması ənənəsinin peşəkar kadr hazırlığına xidmət edən mühüm amillərdən biri olduğunu deyib. Rektor ali təhsil müəssisəsində stomatologiya sahəsində tədrisin yüksək səviyyədə təşkili, təcrübi vərdişlərə yiyələnmək məqsədilə yaradılan “Stomatoloji simulyasiya kabinəsi”, universitet xəstəxanasında istifadəyə verilən stomatoloji kabinələr haqqında iştirakçıları məlumatlandırıb. Ölkəmizdə ilk dəfə Naxçıvan Dövlət Universitetində baş tutan I Beynəlxalq Tibbi Forum çərçivəsində ali təhsil ocağının genişlənən əlaqələrinə toxunan Elbrus İsayev Türkiyənin beynəlxalq arenada öz sözünü deyən universitetləri ilə qarşılıqlı əməkdaşlıq münasibətlərindən, müəllim-tələbə mübadiləsindən danışıb,

Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənov Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafından və Naxçıvan Dövlət Universitetinin bu sahədə peşəkar kadr hazırlığından bəhs edib.

Sonra Türkiyənin Sakarya Universitetinin Stomatologiya fakültəsinin tibb üzrə fəlsəfə doktorları Fatma Furuncuoğlu və Halit Furuncuoğlunun, Beynəlxalq İmplandentlər Təşkilatının üzvü, İmplandent Klinikasının həkim-stomatoloqu, tibb üzrə fəlsəfə doktoru Hikmət Baxışovun, Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Cabbar Həsənovun, Tibb Universitetinin tibb üzrə fəlsəfə doktoru Elçin Abbasovun və NDU-nun Stomatologiya ixtisası üzrə təhsil alan V kurs tələbəsi Pouya Mojtahedinin müxtəlif mövzularda məruzələri dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Azərbaycan İmplantoloq İctimai Birliyinin birgə təşkilatçılığı ilə baş tutub

                                                            

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: