Azərbaycan dilinin yeni orfoqrafiya lüğətinin hazırlanmasını bu ilin sonuna qədər başa çatdırmaq və gələn ilin birinci yarısında onu nəşr etmək planlaşdırılır.
NUHÇIXAN Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) saytına istinadla xəbər verir ki, AMEA-nın Dilçilik İnstitutunda orfoqrafiya lüğətinin hazırlanması üzrə iş aparılır.
Xatırladaq ki, Azərbaycan dilinin orfoqrafiya lüğəti sonuncu dəfə 2013-cü ildə nəşr edilib.