Dövlət İmtahan Mərkəzi (DİM) gələn il keçiriləcək ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında şagirdlərin xarici dil fənni üzrə “dinləyib-anlama” bacarıqlarının yoxlanılması məqsədilə nümunə audiomateriallar təqdim edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, xarici dil fənn kurikulumuna əsasən, ümumi və tam orta təhsil səviyyəsində “dinləyib-anlama” üzrə müraciətlər zamanı sadə sualları cavablandırmaq, müraciətlərə uyğun tapşırıqları ardıcıl icra etmək, dinlənilən mətndəki fakt və hadisələri qruplaşdırmaq, ümumiləşdirmələr aparmaq bacarıqları nəzərdə tutulur.
Təqdim edilən dinləmə mətnlərinə aid tapşırıqlarda bu bacarıqlar yoxlanılacaq. Dinləmə materiallarının nümunəsi ilə http://www.tqdk.gov.az/news/2504/ linkində tanış olmaq mümkündür. On gün müddətində dərc ediləcək “Abituriyent” jurnalının xüsusi buraxılışında həmin mətnlərə aid tapşırıqlar yer alacaq.
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.