Bu il ölkədə 27 məktəbin təhvil verilməsi planlaşdırılıb, 5-i azad edilmiş ərazilərdə olacaq

A- A A+

2023-cü ildə 27 təhsil müəssisəsinin təhvil verilməsi planlaşdırılıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin təsərrüfathesablı əsaslı tikinti və təchizat idarəsinin rəis müavini Fərhan Əliyev bildirib.

Onun sözlərinə görə, həmin məktəblərdən 5-i işğaldan azad edilmiş ərazilərdə olacaq:

“2022-ci ildə 31 təhsil müəssisəsi təhvil vermişik. Həmin məktəblərdən 26-sı tikilib, 5-i isə əsaslı təmir olunub. Həmin məktəblərin içində peşə, internat, məktəbdənkənar müəssisə də olub. Əlavə olaraq da 30 modul məktəbi quraşdırılıb. Son 6 ildə isə 414 modul məktəb tikilib".

O qeyd edib ki, son 15 ildə 3500 məktəb tikilib:

"Ümumilikdə Azərbaycanda 4500 məktəb var. Çalışırıq ki, hər kənddə bir məktəb olsun”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: