Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanında iştirak edəcək bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “İmtahana buraxılış vərəqəsi” və “Yaddaş kitabçası”nı çap etmək üçün Mərkəzin saytındakı linkə daxil olmaq lazımdır.
Bakalavrlar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, bakalavr imtahana buraxılmır.
Bu sınaq imtahanında iştirakçılara sual kitabçalarını imtahanın sonunda özləri ilə aparmağa icazə veriləcək. Ancaq nəzərə almaq lazımdır ki, fevralın 19-da keçiriləcək qəbul imtahanında sual kitabçaları sonda nəzarətçilərə təhvil verilməlidir.
Xatırladaq ki, sınaq imtahanı yanvarın 29-da keçiriləcək.