“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb.

Jurnalın məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun NUHÇIXAN-a verdiyi məlumata görə, “Türkologiya”nın bu sayında Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq və Qazaxıstan alimlərinin Azərbaycan, rus, ingilis və türk dillərində məqalələri yer alıb.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalın bu sayında “Türkoloji irs”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Yazılı abidələr”, “Müzakirə və diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

“Türkologiya” jurnalı ildə 4 dəfə olmaqla 3 aydan bir nəşr edilir. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: