Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) informasiya təhlükəsizliyi ixtisasının 2-ci kurs tələbəsi Hüseyn Qadaşov NASA-nın saytında xəta olduğunu aşkarlayaraq, quruma bu barədə rəsmi məlumat verib.
UNEC-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, NASA tələbənin bildirişindən sonra xətanı aradan qaldırıb. H.Qadaşovun tapdığı boşluqda saytın error mesajından sonra NASA-nın SQL bazası, server və drayver haqqında məlumatları əks olunurdu. Boşluq daxilindəki məlumatları əldə edən məkrli şəxslər NASA-nın infrastrukturu və serverlərinə qarşı təhlükə yaradaraq, haker hücumları törədə bilərdilər.