NDU-da Gənclər Günü qeyd edilib - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.

Universitetin Mətbuat, televiziya və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, tədbirdə tələbələrin 2022-2023-cü tədris ilində qazandığı uğur və nailiyyətləri əks etdirən sərgiyə baxış olub, gənclərin tədris prosesində və asudə vaxtlarındakı fəaliyyətini əks etdirən videoçarx nümayiş edilib.

Ali təhsil müəssisəsinin rektoru Elbrus İsayev çıxış edərək ölkəmizdə 2 fevalın Gənclər Günü kimi elan olunmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu və ulu öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulduğunu qeyd edib. Bildirib ki, 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıb, 1996-cı il 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin dəstəyi ilə Gənclərin I Forumu keçirilib. 1997-ci ildən isə Prezidentin sərəncamına əsasən 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur.

Vurğulanıb ki, əsası ulu öndər tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişir və bu siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Digər çıxış edənlər tələbələrin idman, intellektual yarışlar və digər tədbirlərdə qazandığı uğurlardan danışıblar.

Tədbirdə Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin dekanı Bəhruz Məmmədova “Ən yaxşı fakültə tələbə təşkilatı” nominasiyası üzrə plaket təqdim edilib.

Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: