Təhsil naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, fevralın 2-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Rəhman Məmmədov rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib, Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu bildirib.

Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Rəhman Məmmədov təhsil sahəsində qardaş Türkiyə Respublikası ilə  əlaqələrdən danışaraq qeyd edib ki, Türkiyə Respublikasından dəvət olunan təlimçilər tərəfindən Naxçıvan məktəblərində STEAM tədris edən müəllimlər üçün STEAM metodologiyasına aid təlimlər keçirilib.

Naxçıvanda ilk dəfə “STEAM təhsili: reallıqlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda  Türkiyə STEAM Təhsil Tətbiqi və Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Devrim Akgündüz və Astronomiya Tətbiqi Araşdırma Mərkəzinin direktoru, İstanbul Aydın Universitetinin professoru Orxan Gölbaşı da iştirak edərək naxçıvanlı həmkarları ilə öz təcrübələrini bölüşüblər. 

Tərəflər bundan sonra da təhsil sahəsində tərəfdaşlığın gücləndirilməsi  istiqamətində müzakirələr aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: