Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb

A- A A+

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olub. Geomaqnit sahə son sutka ərzində ümumən sakit olub.

Proqnoz günlərində - fevralın 8-dək Günəş fəallığının aşağı səviyyədə olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 75 faiz, M sinif 10 faiz, X sinif isə 1 faizdir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə orta və ya aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin fon səviyyəsində qalacağı gözlənilir. S1 və daha yüksək səviyyəli radiasiya qasırğasının başvermə ehtimalı 1 faiz təşkil edir.

Proqnoz dövründə mənfi qütblü tac dəliklərindən çıxan yüksəksürətli zərrəciklər selinin təsiri Günəş küləyinin sürətinin artmasına səbəb olacaq. Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır. Fevralın 7-də maqnit sahəsinin bir qədər (4 Kp) aktivləşəcəyi proqnozlaşdırılır. G1 və daha yüksək səviyyəli geomaqnit qasırğasının yaranması gözlənilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: