“Sabahın alimləri” XII respublika müsabiqəsinə 165 layihə buraxılıb

A- A A+

“Sabahın alimləri” XII respublika müsabiqəsinə 486 layihə qeydiyyatdan keçib. Ötən illərdən fərqli olaraq bu il elmi ekspertiza komissiyasını keçən layihələr son mərhələyə buraxılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov “Sabahın alimləri” XII respublika müsabiqəsinin açılış mərasimində deyib. O bildirib ki, ümumilikdə müsabiqənin son mərhələsinə 165 layihə buraxılıb. Onun sözlərinə görə, müsabiqədə daha çox mühəndislik sahəsi ilə bağlı layihələr üstünlük təşkil edir:

"Son dövrlərdə ölkəmizdə STEAM təhsil metodunun yayılması nəticəsində STEAM yönümlü layihələr artıb. Müsabiqə iştirakçıları arasında oğlan şagirdlər daha çoxdur. Müsabiqədə 279 şagird iştirak edir. Müsabiqəyə 47 fərdi layihə, 116 kollektiv layihə təqdim olunub".

Rüfət Əzizov qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq bu il müsabiqədə elmi ekspertiza komissiyası təşkil edilib. Komissiyanın üzvləri arasına sənaye sahəsinin mütəxəssislər də daxil edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: