İsa Həbibbəyli: Seysmologiya ixtisası üzrə doktorantura təhsilinin yaradılmasına ehtiyac var

A- A A+

Ölkəmizdə seysmologiya ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına da ehtiyac vardır.

AMEA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bunu akademik İsa Həbibbəyli Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib. O, seysmik aktiv bölgələrdə yerləşən dövlətlərdə zəlzələyə dayanıqlılıq məsələsinin başlıca problemlərdən biri olduğunu qeyd edib.

Bu istiqamətdə aparılacaq elmi-tədqiqatların problemin həllinə öz töhfəsini verə biləcəyini söyləyib. Həmçinin qeyd edib ki, ölkəmizdə seysmologiya ixtisası üzrə yüksəkixtisaslı kadr hazırlığı işinə diqqət daha da gücləndirilməlidir və bu istiqamətdə doktorantura təhsilinin yaradılmasına ehtiyac var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: