N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə rəsədxanadan məlumat verilib. Bildirilib ki, son 24 saat ərzində Günəş fəallığı zəif olub. Enerjisi 2 MeV-dən yuxarı olan elektronların seli normal və aşağı səviyyədə olub, enerjisi 10 MeV-dən yuxarı olan protonların axını isə fon səviyyəsində qalıb.
Geomaqnit sahəsinin maksimum fəallığı fevralın 18-də 5Kp-ə kimi artaraq G1 səviyyəli qasırğa qeydə alınıb. Hazırda isə Geomaqnit sahə sakitdir (1Kp).
Fevralın 20-dən 22-dək kosmik havanın aktivləşəcəyi gözlənilir. M sinif alışmanın baş verməsi ehtimalı 50 faiz, X sinif isə 15 faiz təşkil edir.
2 MeV-dən çox enerjili elektron selinin normal və aşağı səviyyədə olacağı, enerjisi 10 MeV-dən yuxarı olan proton selinin isə 3229 oblastındakı aktivliklə bağlı olaraq artaraq S1 (15 faiz) səviyyəsinə qalxacağı proqnozlaşdırılır.
Geomaqnit sahəsinin fəallığı fevralın 17-də Günəşi tərk etmiş CME səbəbilə fevralın 20-də geomaqnit sahəsində G1-G2 səviyyəli qasırğa gözlənilir. Fevralın 21-də bir qədər sakitləşmiş geomaqnit sahəsinin fevralın 22-də müsbət qütblü CH HSS (Coronal Hole High Speed Streams - Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə yenidən aktivləşəcəyi proqnozlaşdırılır.
Radiosiqnalların ötürülməsində də R1-R2 səviyyəli kəsilmə olması ehtimalı 50 faiz, R3 səviyyəli kəsilmə olması ehtimalı isə 15 faiz təşkil edir.