“Naxçıvanda meyvəçilik, tərəvəzçilik, üzümçülük” adlı yeni dərs vəsaitinin təqdimatı keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda meyvəçiliyin, tərəvəzçiliyin, üzümçülüyün inkişaf tarixi, problemləri, müasir vəziyyəti, perspektivləri, becərilən sortların biologiyası və aqrotexnikası haqqında elmi və praktiki məlumatları üzündə əks etdirən yeni nəşrin təqdimatı keçirilib.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Naxçıvan Bioresurslar İnstitutunda keçirilən təqdimat zamanı institutun direktoru İsmayıl Məmmədov və digər çıxış edənlər qeyd ediblər ki, dərs vəsaitinin müəllifləri aqrar elmləri doktoru, dosent Varis Quliyev, baş elmi işçi, dosent Loğman Bayramov və Azərbaycan Aqrar Universitetinin “Bağçılıq” kafedrasının dosenti Hüseyn İdrisovdur. Müvafiq dövlət proqramlarında qarşıya qoyulan vəzifələri əhatə edən kitab “Meyvəçilik”, “Tərəvəzçilik” və “Üzümçülük” adlı 3 bölmədən ibarətdir. Kitabda həmin bölmələr üzrə becərilən ayrı-ayrı sortlar barədə məlumatlar verilib.

Qeyd edək ki, yeni dərs vəsaiti Azərbaycan Dövlət Aqrar Universitetinin, Naxçıvan Dövlət Universitetinin müvafiq kafedralarında, eləcə də aqraryönümlü təhsil müəssisələrinin bakalavr və magistr pillələrində çalışan professor, müəllim, tələbələr, habelə sözügedən sahələr üzrə elmi işçilər, kənd təsərrüfatı mütəxəssisləri, fermer təsərrüfatı ilə məşğul olan sahibkarlar, fərdi torpaq sahibləri, aqronomlar və digər şəxslər  üçün nəzərdə tutulub.

Mütəxəssislər sözügedən sahələrin innovativ əsaslarla genişləndirilməsi, genofondun tədqiqi, tətbiqyönümlü sortların seçilərək əkin dövriyyəsinə daxil edilməsi, sahələrdən yüksək maddi gəlirin əldə olunması, müvafiq mütəxəssislərin hazırlanması və elmi əsasların yaradılması baxımından bu cür nəşrləri yüksək qiymətləndirirlər.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: