NDU-da vebinar keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Naxçıvan Dövlət Universitetinin doktorant və dissertantları üçün vebinar keçib.
“Qlobal transformasiyalar və ali təhsildə verilənlərə əsaslanan strateji idarəetmə” mövzusunda keçirilən vebinarda Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Adəm Kalınlı “Scopus” indeks bazalarına, “Veb of science”də nəşr olunan elmi məqalələr və onlara istinad barədə geniş məlumat verilib. Adəm Kalınlı Türkiyə universitetləri professorlarının beynəlxalq indeks bazalarında nəşr olunan elmi məqalələrini ilbəil artım dinamikasına görə qiymətləndirib. Doktorantura təhsilinə dair məqamlara diqqət çəkən professor Azərbaycan universitetlərində mövcud olan elmi potensialı dəyərləndirərək qeyd edib ki, professor-müəllim heyəti beynəlxalq indeks bazalarına malik nəşrlərə üstünlük verməli, bu cür elmi bazalarda məqalə nəşrinin sayı artırılmalıdır.
İllik akademik göstəricilərin qiymətləndirilməsi, universitetlərin idarəetmə prinsipləri, institusional təcrübə nümunələri, ali təhsildə məlumatların idarə edilməsi, verilənlərə əsaslanan strateji idarəetmə, institusional səviyyəli tövsiyələr, elmi nəşrlərin təşviqi və tətbiqinə dair məsələlər vebinar iştirakçılarının diqqətinə çatdırılıb.
Səadət Əliyeva