Naxçıvanda mədəniyyət müəssisələrinə işə qəbul üçün 343 vakant vəzifə çıxarılıb

A- A A+

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrə işə qəbul üçün müsabiqə elan edib.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müsabiqədə iştirak etmək istəyən şəxslər 28 fevral - 28 mart 2023-cü il tarixlərdə Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər elektron müraciət formasını doldurarkən iddia etdikləri vakant vəzifələrin tutulma şərtlərini nəzərə almalıdırlar. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər. Maraqlananlar Mərkəzin (036) 545-65-71 nömrəli əlaqə telefonu və ya [email protected] elektron poçt ünvanı vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı, təhsilə qoyulmuş tələblər, imtahan mövzuları haqqında əlavə məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://ndim.gov.az/storage/postFile/mtom-musabiqe_27-02-2023_15-58-48.pdf

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: