“Bilik piramidası” müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Bilik piramidası” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

23-27 fevral tarixlərində keçirilən bilik yarışının yekun tədbirində Azərbaycan Respublikasının Dövlət Himni  səsləndirilib, “Ümummilli lider Heydər Əliyev - 100” videoçarxı nümayiş etdirilib.

Universitetin rektoru Elbrus İsayev ali təhsil ocağında təsdiqlənmiş “Heydər Əliyev İli” ilə bağlı tədbirlər planı çərçivəsində təşkil olunmuş müsabiqəni yüksək qiymətləndirib. 

Naxçıvan Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hüseyn İmanov  bildirib ki, layihə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığının, Azərbaycanın zəngin milli və mənəvi dəyərlərinin, Birinci Qarabağ müharibəsi və Vətən müharibəsində igid oğullarımızın qəhrəmanlığının təbliği məqsədini daşıyır.   

“Bilik piramidası” müsabiqəsinin layihə rəhbəri, “Fizika” ixtisası üzrə III kurs tələbəsi Sədi Zeynalov yarış barədə iştirakçıları məlumatlandırıb. Qeyd edib ki, muxtar respublikanın ali təhsil müəssisələrindən ümumilikdə 125 nəfərin qatıldığı müsabiqədə Naxçıvan Dövlət Universitetinin tələbəsi Nigar Babayeva birinci yerə layiq görülüb. Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Zəhmət Hüseynov ikinci, “Naxçıvan” Universitetinin tələbəsi Həsən Məmmədov isə üçüncü yerə layiq görülüblər.  

Sonda yarışın qalibləri mükafatlandırılıb və hesabat videoçarxına baxış olub. 

Suat Əhmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: