Maliyyə Tədris Mərkəzində təkmilləşdirici kurslar keçiriləcək

A- A A+

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində noyabrın 5-dən 8-dək “Büdcə təşkilatlarında praktiki mühasibatlıq” mövzusunda növbəti təkmilləşdirici kurs keçiriləcək. 

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin tədris zalında keçiriləcək. Kursa muxtar respublikada fəaliyyət göstərən 21 mənzil-kommunal təsərrüfatı profilli müəssisələrdən 21 nəfər mühasibatlıq işçisi dəvət edilib və 4 gün davam edəcək. Burada  mənzil-kommunal təsərrüfatı müəssisələrinin gəlir və xərclərinin proqnozlaşdırılması və maliyyələşdirilmə istiqamətləri, kommunal sahəsində mühasibatlıq və maliyyə hesabatlarının hazırlanması, kommunal sahəsində vergi uçotunun təşkili, maliyyə və mühasibatlıq işinin aparılması ilə bağlı hüquqi məsuliyyət və büdcə təşkilatlarında xəzinə əməliyyatlarının təşkili və uçot  kimi mövzular üzrə təlimlər keçirilməsi nəzərdə tutulub.

Təlim gündəliyə uyğun olaraq Maliyyə və Vergilər nazirliklərinin, həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşları tərəfindən davam etdiriləcək. 

Kursun yekununda iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: