“Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” monoqrafiyası çapdan çıxıb

A- A A+

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” monoqrafiyası işıq üzü görüb.

Nəşrin elmi redaktoru və ”Ön söz”ün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramovdur.

AMEA-dan NUHÇIXAN-a verilən məlumata görə, beş fəsil, nəticə və istifadə edilən ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında işlənən və ədəbi dilimizdə mövcud olmayan maraqlı leksemlər araşdırılıb.

Əsərdə bitki, yemək və geyim adları, xalçaçılıqla bağlı işlənən leksik vahidlər, əkinçilik və heyvandarlıq terminləri araşdırılıb ki, bu sözlərin də tədqiqi dil tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: