AMEA Naxçıvan Bölməsində Beynəlxalq Qadınlar Günü qeyd olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qadınların cəmiyyətdəki yeri, mövqeyi və rolundan danışıb: "Azərbaycan qadını bu gün ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının fəal iştirakçısına çevrilib".

İsmayıl Hacıyev ümummilli lider Heydər Əliyevin qadın azadlığına xüsusi diqqət yetirdiyini bildirib. Diqqətə çatdırıb ki, ümummilli liderin qoyduğu ənənələr Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir və bu gün Azərbaycan qadınının cəmiyyətdə yeri, nüfuzu daha da artıb.

Naxçıvanda da qadınların cəmiyyət həyatının bütün sahələrində təmsil olunduğunu bildirən İsmayıl Hacıyev bölmənin qadın əməkdaşlarının fəaliyyətindən danışıb, onları təbrik edərək işlərində uğurlar arzulayıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “Mübariz ruhlu Azərbaycan qadınları” mövzusunda çıxış edib, qadınların Azərbaycan tarixində və müasir cəmiyyətimizdəki rolundan danışıb.

Bölmənin Əlyazmalar Fondunun baş direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov çıxış edərək akademiyanın timsalında bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: