NDU-da “İqtisadi İdarəetmənin müasir xüsusiyyətləri” kitabının təqdimatı olub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetində İqtisadiyyat və İdarəetmə fakültəsinin “Dünya iqtisadiyyatı və menecment” kafedrasının pedaqoji heyətinin elmi tədqiqat işlərinin nəticələrinin yer aldığı monoqrafiyanın təqdimatı keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə universitetin rektoru Elbrus İsayev elmi-tədqiqat işlərinin kafedralarda birgə nəşrinin bütün professor-müəllim heyətinin qarşısında bir tələb kimi irəli sürüldüyünü deyib. Rektor aparılan elmi işlərdə müqayisəli təhlillərin və təkliflərin aparılmasının məqsədəuyğun olduğunu qeyd edərək, nəşr münasibətilə kafedranın əməkdaşlarını təbrik edib.

İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov kitab haqqında məlumat verib.

Dünya iqtisadiyyatı və menecment kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Cavadxan Qasımov bildirib ki, elmi-tədqiqat işinin nəticələri iqtisadiyyatın sahə strukturu üzrə müxtəlif sferaların idarə olunması, elmi əsasların müəyyən olunması, müasir bazar münasibətlərinə əsaslanan qanunlar əsasında, eyni zamanda menecment dəyərlərinə xas olmaqla tamamlanıb.

Kitab tarixçi və tədqiqatçılar, müəllim, tələbə və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Səbinə Elxanqızı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: