“Naxçıvan” Universitetində “Azərbaycan” qəzeti (1918-1920)” kitabı təqdim olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində “Azərbaycan” qəzeti (1918-1920)” kitabının təqdimatı ilə bağlı konfrans keçirilib.

Konfransda çıxış edən “Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə nəşr olunan “Azərbaycan” qəzeti (1918-1920)” kitabını mətbuat tariximizin öyrənilməsi və araşdırılması baxımından yüksək qiymətləndirib. Rektor bildirib ki, xalqımızın milli şüurunun, istiqlal ruhunun formalaşmasında böyük rol oynayan, Azərbaycan Xalq Cümhuriyyətinin orqanı kimi fəaliyyətə başlayan və müstəqillik tariximizi əks etdirən “Azərbaycan” qəzetinin tam külliyyatının müasir Azərbaycan əlifbasına köçürülərək nəşrə hazırlanmasının xüsusilə cümhuriyyət tarixinin araşdırılması və öyrənilməsi baxımından əhəmiyyəti olduqca böyükdür. Çünki “Azərbaycan” qəzetinin o illərdəki nömrələri şərəfli tarixi bir missiyanı həyata keçirib. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət, ictimai-siyasi, iqtisadi və mədəni həyatını geniş əks etdirərək Azərbaycan adının və azərbaycançılıq ideologiyasının geniş təbliği ilə məşğul olub. 

“Azərbaycan” qəzetində erməni xislətinin ifşası” mövzusunda çıxış edən “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Nüşabə Məmmədova bildirib ki, qəzetin ayrı-ayrı nömrələrində ermənilərin azərbaycanlılara qarşı Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, İrəvanda, Naxçıvanda, Urmiya gölü ətrafında, Şərqi Anadoluda həyata keçirdikləri soyqırımları sübut edən dəyərli yazılar işıq üzü görüb.

Konfransda Naxçıvan Dövlət Universitetinin Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, dosent Şəhla Şirəliyeva “Azərbaycan” qəzeti cümhuriyyət dövründəki həyatın ictimai-siyasi aynasıdır”, Naxçıvan Müəllimlər İnstitutunun Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Həsənəli Eyvazlı “Azərbaycan” qəzetinin nəşri tarixi keçmişimizə ehtiramın bariz nümunəsidir”, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Ramiz Qasımov “Azərbaycan” qəzetinin cümhuriyyət dövrünün çapı haqqında”, “Naxçıvan” Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının müəllimi, dosent İman Cəfərov “Azərbaycan” qəzetində çap olunmuş materialların mövzu dairəsi” mövzularında çıxış ediblər.

Konfransda “Naxçıvan” Universitetinin Elmi Kitabxanasının müdiri Emelya Süleymanova kitabı elektron variantda təqdim edib.

Aynur Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: