Ali təhsil müəssisələrində Beynəlxalq Qadınlar Günü qeyd edilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetində və Naxçıvan Müəllimlər İnstitutunda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib.

Ali təhsil ocaqlarında keçirilən tədbirlərdə əvvəlcə tələbələrin Beynəlxalq Qadınlar Günü münasibətilə hazırladıqları əl işlərindən ibarət sərgilərə baxış olub.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və  Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov qadınları bayram münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıblar.

Çıxışlarda bildirilib ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər qadınların xidmətlərini, xüsusilə gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək onlara daim böyük diqqət və qayğı göstərib. Bu gün ölkəmizdə uğurlu dövlət qadın siyasəti Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, Azərbaycan qadını ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir.

Qeyd edilib ki, ali təhsil ocaqlarında çalışan və təhsil alanların əsasını qadınlar təşkil edir. Onlar cəmiyyətin bütün sahələrində olduğu kimi elm, təhsil sahəsində də üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və cəmiyyətdə fəal mövqe tuturlar.

Digər çıxış edənlər qadınları əlamətdar gün münasibətilə təbrik edib, xoş arzularını çatdırıblar.

Tədbirlərdə qadınlara hədiyyələr təqdim edilib, 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hazırlanan videoçarx nümayiş olunub.

Tədbirlər bədii  hissə ilə davam etdirilib.

Sevgili Mustafazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: