Rəsədxana kosmik hava durumu və proqnozunu açıqlayıb

A- A A+

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə rəsədxanadan məlumat verilib. Bildirilib ki, geomaqnit sahənin vəziyyəti son 3 sutka ərzində sakit-aktiv səviyyələr arasında olub. Hazırda isə Kp indeksi 2-yə bərabərdir.

Martın 9 –dan 11-dək C sinif alışmanın baş verməsi ehtimalı 95 faiz, M sinif 40 faiz, X sinif isə 10 faiz təşkil edir. Martın 11-də 3242 və 3245 oblastları səbəbli R1-R2 və R3 səviyyəli radiosiqnalların kəsilməsi gözlənilir.

2 MeV-dən çox enerjili elektron selinin bu gün pik səviyyədə olacağı sonra qismən zəifləyəcəyi, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı proqnozlaşdırılır.

Martın 6-da baş vermiş CME ilə əlaqədar yeni zərbə dalğaları olmazsa, kosmik havanın sakit olacağı, martın 11-də isə digər CH HSS (Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə bir qədər aktivləşəcəyi gözlənilir.

Proqnoz dövründə geomaqnit qasırğası gözlənilmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: