Naxçıvanda 11-ci sinif şagirdləri buraxılış imtahanı veriblər

A- A A+

Bu gün ölkə üzrə 50 min 823 şagird imtahan vermək üçün qeydiyyatdan keçib. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanları respublika üzrə 32 şəhər və rayonda, o cümlədən muxtar respublikanın bütün bölgələrini əhatə etməklə 14 ümumtəhsil məktəbində təşkil olunub. Muxtar respublika üzrə imtahanlarda iştirak etmək üçün, ümumilikdə 3 min 160 şagird qeydiyyatdan keçib.  

Abituriyentlər saat 09.00-dan etibarən imtahan binasına buraxılıblar. İmtahan respublikanın bütün bölgələrində eyni vaxtda - saat 11:00-da başlayıb. 

Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsinin müdiri Sabir Məmmədovun NUHÇIXAN İnformasiya Agentliyinə verdiyi məlumata görə, imtahanların keçirilməsi üçün 14 ümumi imtahan rəhbəri, 40 imtahan rəhbəri, 318 nəzarətçi-müəllim cəlb olunub.

Muxtar respublikada keçirilən buraxılış imtahanlarında Naxçıvan şəhəri üzrə Heydər Əliyev adına tam orta məktəbdə 264 şagird, Heydər Əliyev adına Hərbi Liseydə 130 şagird, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə 277 şagird, Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə 285 şagird, Şərur şəhər 1 nömrəli tam orta məktəbdə 276 şagird, Şərur şəhər 2 nömrəli tam orta məktəbdə 304 şagird, Babək şəhər 1 nömrəli tam orta məktəbdə 240 şagird, Babək şəhər 2 nömrəli tam orta məktəbdə 163 şagird, Şıxmahmud kənd tam orta məktəbdə 213 şagird, Ordubad şəhər 3 nömrəli tam orta məktəbdə 271 şagird, Culfa şəhər 3 nömrəli tam orta məktəbdə 319 şagird, Kəngərli rayonun Qıvraq qəsəbə tam orta məktəbində 190 şagird, Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə 146 şagird, Sədərək rayonun Sədərək kənd 1 nömrəli tam orta məktəbində isə 82 şagird buraxılış imtahanında iştirak ediblər.

Qeyd edək ki, bu gün Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib. Bu, DİM-in işğaldan azad olunan rayonlarda təşkil etdiyi ilk imtahandır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: