Orta ixtisas təhsili ilə bağlı “Ali təhsil haqqında” qanun layihəsində təklif var

A- A A+

Orta ixtisas təhsili ali təhsilin bir pilləsi hesab edilmir. Hazırda orta ixtisas təhsili müstəqildir. Bu sahə ilə bağlı da “Ali təhsil haqqında” qanun layihəsində təklif var.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, bu gün ölkəmizdə orta ixtisas təhsili müəssisələri əmək bazarı tərəfindən tam anlaşılmır. Ona görə də “Ali təhsil haqqında” qanun layihəsində kolleclərin ali təhsilin bir hissəsi kimi tanınması təşəbbüsü var.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: