SOCAR-ın nümayəndə heyəti NDU-da olub - FOTOLAR

A- A A+

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) prezidentinin müşaviri Aygün Hüseynova və nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində olub.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, ali təhsil ocağının rektoru Elbrus İsayev universitetin maddi-texniki bazası, burada mövcud olan ixtisaslar barədə məlumat verib. Vurğulanıb ki, universitetin tələbə kontingentinin muxtar respublikadan olmaqla bərabər 20 faizini ölkəmizin müxtəlif bölgələrindən olan, digər 20 faizini isə əcnəbi tələbələr təşkil edir. Hazırda  23 ixtisas üzrə 1700 əcnəbi tələbənin təhsil aldığı universitetin dünyanın 150-yə yaxın ali məktəbi ilə beynəlxalq əlaqələri var. Universitetdəki IELTS mərkəzi barədə qonaqları məlumatlandıran Elbrus İsayev yaxın zamanlarda SAT imtahan mərkəzinin yaradılacağını da diqqətə çatdırıb.

SOCAR prezidentinin müşaviri Aygün Hüseynova şirkətin qarşıya qoyduğu hədəfləri və “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Naxçıvan Dövlət Universitetində də keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışıb. Görüşdə birgə həyata keçiriləcək işlər barədə razılığa gəlinib, müzakirələr aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: