Günəş fəallığının zəif olacağı gözlənilir

A- A A+

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlanıb.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə rəsədxanadan məlumat verilib. Bildirilib ki, hazırda Günəşin səthində 11 aktiv ləkə qrupu müşahidə olunur. Kp indeksi 1-ə bərabərdir, geomaqnit sahə sakitdir.

Martın 13-dən 19-dək Günəş fəallığının zəif olacağı gözlənilir. C sinif alışmanın baş verməsi ehtimalı 90 faiz, M sinif 10 faiz, X sinif isə 1 faiz təşkil edir. 2 MeV-dən çox enerjili elektron selinin sakit və həyacanlaşmış səviyyədə olacağı, enerjisi 10 MeV-dən çox olan proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyinin sürəti martın 14-də CH HSS (Coronal Hole High Speed Streams – Tac Dəliklərindən çıxan Yüksək Sürətli Zərrəciklər seli) səbəbilə artacağı proqnozlaşdırılır. Proqnoz dövrü ərzində geomaqnit sahənin sakit-aktiv səviyyələrdə olacağı, 14 martda isə digər müsbət qütblü CH HSS səbəbilə bir qədər aktivləşəcəyi gözlənilir. Martın 15-də G1 səviyyəli geomaqnit qasırğası, ayın 15-dən 19-dək isə geomaqnit sahənin sakit və stabil qalacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: