DİM sədri buraxılış imtahanlarının məzmunu ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib

A- A A+

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə son günlər ictimaiyyət arasında müzakirə olunan buraxılış imtahanlarının məzmunu və mürəkkəbliyi məsələsinə aydınlıq gətirib.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, o, buraxılış imtahanlarında istifadə olunan bütün test tapşırıqlarının ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlandığını və müvafiq fənlər üzrə təhsil proqramı -kurikulumun təlim nəticələrinə uyğun bilik və bacarıqları yoxlamağa xidmət etdiyini bildirib.

“İmtahanda istifadə olunan hər bir tapşırığın, hər bir sualın məqsədi var. Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik”, - sədr deyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: