NDU müəlliminin elmi məqaləsi beynəlxalq jurnalda dərc olunub - FOTOLAR

A- A A+

Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nəzakət İsmayılovanın “Uşaq ədəbiyyatının yeni metodologiyaya uyğun yazılması bu günün tələbidir” məqaləsi Braziliyanın Revista EntreLinguas jurnalında dərc edilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müəllif məqalədə ədəbi irsi yenilik işığında araşdırıb, müasir milli düşüncə və zamanın tələbinə uyğun olaraq izah edib.

Eyni zamanda məqalədə uşaq ədəbiyyatının tədrisi üçün ənənəvi materiallarla yanaşı, bu sahədə ən son elmi nailiyyətlərdən söz açılıb, uşaqların hissləri, sevincləri, kədərləri, mənəvi və psixoloji təcrübələrini dolğun əks etdirən əsərlərə ehtiyac olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, bu tələblərə uyğun mütəxəssislərin hazırlanması üçün ali məktəblərdə tədris planlarına, proqramlarına, dərsliklərə  yenidən baxılmalı onların səviyyəsi istər tədris metodikası, istərsə də elmi cəhətdən müasir tələblər səviyyəsində qurulmalıdır.

                                                         Məmmədbağır Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: