Dalmatəpə mədəniyyəti ilə bağlı monoqrafiya işıq üzü görüb

A- A A+

Naxçıvan şəhərindəki Naxçıvantəpə yaşayış yerinin tədqiqi Dalmatəpə mədəniyyətinin tarixi və mənşəyini  də dəqiqləşdirməyə imkan verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev və AMEA Naxçıvan Bölməsinin gənc əməkdaşı Elmar Baxşəliyevin həmmüəllifi olduqları “Dalmatəpə mədəniyyətinin mənşəyi” monoqrafiyası işıq üzü görüb. Dalmatəpə mədəniyyətinin əsas xüsusiyyəti basmanaxışlı və boyalı keramikalardır. 2017-2022-ci illərdə Naxçıvantəpədə aparılan araşdırmalar zamanı bu tip keramikanın aşkar olunması, xüsusilə Naxçıvantəpənin Son Neolit təbəqəsindən aşkar olunan basmanaxışlar Dalmatəpə mədəniyyətinin mənşəyi ilə bağlı müəyyən yeniliklər ortaya qoyub. Yeni tapıntılar Dalmatəpə mədəniyyətinin mənşəyi və yayılma arealı ilə bağlı problemləri həll etmək üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, Dalmatəpə mədəniyyətinin yaradıcıları e.ə VI-V minilliklərdə Qarabağ, Naxçıvan və Urmiya hövzəsində yaşayan qədim Azərbaycan tayfaları olub.

Urmiya gölünün cənub-qərbindəki Dalmatəpə yaşayış yeri ilə bağlı olan bu mədəniyyət Urmiya gölünün şimal, qərb və cənub bölgələrinə yayılıb və Dalmatəpə tipli keramika  nümunələri tədqiqatçılar tərəfindən Dalma fenomeni kimi dəyərləndirilibdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: