AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyasının 79-cu məşğələsi “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusuna həsr olunub.
NUHÇIXAN-ın məlumatına görə, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, ümummilli lider Heydər Əliyevin əməli və nəzəri fəaliyyətinin mühüm bir hissəsini onun dövlətçilik fəlsəfəsi, milli-mənəvi və ideya-siyasi, dünyagörüşü təşkil edir. Ulu öndərin bu sahə üzrə toplanmış irsinin tədqiqi təkcə bu günkü ictimai-siyasi dairələr üçün deyil, həm də gələcək nəsillər, Azərbaycana rəhbərlik edəcək bütün liderlər üçün əhəmiyyətlidir. Müasir Azərbaycanın möhkəm özülünü qoymuş bu tarixi şəxsiyyətin ideyaları onun davamçılarının yoluna həmişə işıq saçacaq.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin dövlətçilik təlimində varislik məsələsi xüsusi önəm daşıyır. Bu məsələ ümummilli lider Heydər Əliyevin müstəqil dövlət konsepsiyası və onun ayrılmaz tərkib hissəsi olan azərbaycançılıq ideologiyasının həyata keçirilməsi, müstəqil dövlətimizin bu günkü varlığının və gələcək inkişafının əsasını təşkil edir. Ulu öndər Heydər Əliyevin siyasi xəttini davam və inkişaf etdirən Azərbaycan Prezidenti İlham Əliyev də ölkəmizin firavan gələcəyinin təmin edilməsində ümummilli liderin müstəqil dövlət təliminin və azərbaycançılıq ideologiyasının alternativsiz bir yol olduğunu bildirib.
Əbülfəz Dünyamalıyev
NTV xəbər