Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibi təsdiq edilib

A- A A+

Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.

NUHÇIXAN xəbər verir ki, redaksiya heyətinin sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, sədrin birinci müavini Prezident Administrasiyasının rəhbəri, AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyev, müavinləri AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Neft və Qaz İnstitutunun direktoru İbrahim Quliyev, AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevdir.

Azərbaycan Milli Ensiklopediyasının baş redaktoru AMEA-nın həqiqi üzvü, AMEA-nın prezidenti, Akademiyanın Geologiya və Geofizika İnstitutunun direktoru Akif Əlizadə, məsul katibi AMEA-nın həqiqi üzvü, Akademiyanın vitse-prezidenti, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktoru Murtuza Nağıyevdir.

Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti 38 üzvdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: