Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün proqram seçimi başlanıb

A- A A+

Magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi başlanıb.

Dövlət İmtahan Mərkəzindən naxcivantv.az-a bildiriblər ki, bakalavrlar mayın 17-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 2018-ci il fevralın 25-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən bakalavrlar imtahanın ikinci mərhələsinə buraxılmaları üçün proqram seçimində iştirak etməlidirlər. Bunun üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 17-dək öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.

Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməyənlər imtahanın iyunun 3-də keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə 50 test tapşırığı təqdim olunmaqla (müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olunmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər. Bax: Magistr jurnalının 3-cü sayı) yoxlanılacaq. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: